Braziliya ciu-citsusu üzrə Bakı birinciliyi keçirilib
Hövsan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı birinciliyi keçirilib.

Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-Citsu Federasiyasının Braziliya Ciu-Citsu departamentinin təşkilatçılığı ilə baş tutub.

Yarış müxtəlif yaş qrupları, çəki dərəcələri və kəmər sahibləri üzrə uşaqlar və yeniyetmələr arasında keçirilib.

Turnirdə 200-ə yaxın idmançı mübarizə aparıb. Bakı birinciliyinin açılış mərasimində Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mirəli Seyidov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Cəlil Əlizadə, federasiyanın vitse–prezidenti Seymur Səfərov, Braziliya Ciu-Citsu Departamentinin rəhbəri Azər Beydullayev çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıblar.

Birincilikdə idmançılar Braziliya ciu-citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar.

Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

Xəbər 354 dəfə oxundu.