Gəncədə qalib idmançıların qarşılanma mərasimi təşkil olunub
Beynəlxalq Məktəb İdman Federasiyasının təşkilatçılığı ilə Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında uğurlu nəticə əldə etmiş Gəncə məktəbliləri doğma şəhərlərinə qayıdıblar.

Azsport.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, bu münasibətlə idmançıların Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılama mərasimi təşkil olunub.

Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev, 1 və 2 nömrəli Uşaq- Gənclər İdman-Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Baş İdarənin rəisi H.Nəsirov çıxış edərək sərbəst güləş üzrə komandamızı təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tədbirdə həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.

Xəbər 280 dəfə oxundu.