AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ”nin turnirin birinci mərhələsində Niderlandın “Alkmar” komandasına qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, sentyabrın 29-da, saat 17:00-da, Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Xəbər 317 dəfə oxundu.