Süleyman Bağır oğlu Məmmədli
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman mütəxəssisi Süleyman Məmmədli sentyabrın 22-də, ömrünün 73-cü ilində vəfat edib.
Süleyman Bağır oğlu Məmmədli 28 avqust 1948-ci ildə Tovuz rayonunda anadan olub. O, orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb. 1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və orada idman dərəcəsi alıb. 1990-cı illərdən başlayaraq taekvondoyla məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak edib.

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısı olub. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.

S. Məmmədli ADBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışıb.

Süleyman Məmmədli əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!




Xəbər 500 dəfə oxundu.