Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq
Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub.

Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək.

Mövsüm noyabrın 20-də Əbu-Dabidə yekunlaşacaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq.

Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.

Xəbər 310 dəfə oxundu.