“Azəryol” həndbol klubunun Avropa kuboku yarışları üçün heyəti açıqlanıb
Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun Avropa kuboku yarışları üçün heyəti açıqlanıb.

Təmsilçimiz sifariş vərəqəsini Avropa Voleybol Konfederasiyasına (EHF) göndərib.

İkinci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək “Azəryol”un heyətində qapıçılar - Pərvin Aslanova, Azaliya Həsənova, Mədina Musayeva, sahə oyunçuları - Fəridə Əliyeva, Mehparə Əliyeva, Alyona Barbakadze, Kamilə Bayramova, İranə Qasımova, Rəna Həsənova, Elnarə İbrahimova, Alina Kuznetsova, Minayə Məmmədova, Səkinə Musayeva, Anastasiya Obuxova, Ülviyyə Şərifova, Sabina Smaqina və İnarə Yusibova yer alıblar.

Qeyd edək ki, “Azəryol” və “AEP Panorama” arasında hər iki matç Salonikidə təşkil olunacaq. Oktyabrın 23-dəki matçda yunanıstanlılar, ertəsi gün təmsilçimiz meydan sahibi olacaq.

Xəbər 368 dəfə oxundu.