“Neftçi” futzal komandasının üzvləri üçün seminar təşkil olunub
Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümündə iştirak edəcək klublar üçün seminarlar keçirilir. Növbəti belə seminar “Neftçi” komandasının üzvləri üçün təşkil olunub.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Olimpik Star”da komandanın məşqindən əvvəl federasiyanın hakimlər üzrə koordinatoru Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümünün birinci turda “Alyans” (Lənkəran) – “Baku Fire”, “Record club.az” – “Araz-Naxçıvan”, “Neftçi” – EKOL və U-19 - “Xilə” oyunları keçiriləcək. Mövsümə oktyabrın 1-də start veriləcək.

Xəbər 278 dəfə oxundu.