Sentyabrın 28-də futzal üzrə Birinci və İkinci liqaların püşkü atılacaq
Sentyabrın 28-də Bakı İdman Sarayında futzal üzrə Birinci və İkinci liqaların püşkü atılacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, saat 12:00-da Birinci, 12:30-da isə İkinci Liqa iştirakçıları rəqibləri ilə tanış olacaq.

Qeyd edək ki, Birinci Liqada “Şuşa”, “Zəngilan”, ADBTİA, “Standard”, “Forza Neftçi”, “Metropoliten”, “Dəstə Ordubad”, “Arenda.az”, “Star Karqo”, “Ulduz”, “Qarabağ Füzuli”, PASO, “Yasamal”, “Baku Fire-2”, İkinci Liqada isə “Tim Sport”, “Baker Tilly”, “Advokat”, “Atletiko Baku”, “Borçalı”, “Rəvan”, “Dalğa”, “Zülfüqar”, “Bibi-Heybət”, “Baku Fire-3”, “Star Karqo-2”, “Azərsu”, “Xan Lənkəran” və İSMA komandaları iştirak edəcəklər.

Xəbər 412 dəfə oxundu.