Vüsal İsgəndərlinin komandası Türkiyə Birinci liqasında növbəti dəfə məğlub olub
Futbol üzrə Türkiyə Birinci liqasında altıncı turun oyunları keçirilib.

Futbolçumuz Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” klubu səfərdə “Balıkəsirspor”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

V.İsgəndərli start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 27-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

“Keçiörengücü” klubu 4 xalla 19 komanda arasında sonuncudur.


Xəbər 390 dəfə oxundu.