Futbolçumuz Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un yeni baş məşqçisi məlum olub
Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” komandasının yeni baş məşqçisi məlum olub.

Bursa təmsilçisi Özcan Bizatiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlli üç yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

“Bursaspor”da bir neçə gün əvvəl baş məşqçi Fatih Təkkə istefaya göndərilib.

“Bursaspor” Birinci liqada 6 turdan sonra 15-ci pillədə qərarlaşıb.

Xəbər 346 dəfə oxundu.