AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov İsgəndər Cavadovu yubileyi münasibətilə təbrik edib
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşüb.

E.Məmmədov İ.Cavadovu 65 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib. Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

İ.Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Xəbər 295 dəfə oxundu.