Kamerunlu futbolçu haqqında çıxan söz-söhbətə son qoydu
Son günlər "Barselona"ya keçəcəyi deyilən Aleks Sonq haqqında çıxan söz-söhbətə münasibət bildirib. "Arsenal"ın üzvü komandadan ayrılmaq fikrindən uzaq olduğunu deyib:

"Son günlər "Barselona"ya transfer olunacağım deyilir. Zarafat deyil, söhbət dünyanın ən yaxşı klubundan gedir.

Düzdü, "Barsa" mənimlə maraqlanır. Bunu inkar etməyim yersiz olardı. Amma mən "Arsenal"dan ayrılmağı düşünmürəm. Çünki bu klubda özümü xoşbəxt hiss edirəm".

2006-cı ildən "Arsenal"da top qovan kamerunlu yarımmüdafiəçi keçirdiyi 138 oyunda 7 qola imza atıb.

Xəbər 795 dəfə oxundu.