Millimizin futbolçusu Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Tondela”nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

22 yaşlı hücumçu “Braqa”ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib. R.Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

Qeyd edək ki, “Tondela” 6 oyundan sonra 3 xalla 16-cı, “Braqa” isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan R.Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

Xəbər 321 dəfə oxundu.