Avropa kuboku yarışı: “Vüqar Həşimov” komandası İspaniya kollektivi ilə qarşılaşacaq
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Sentyabrın 21-də turnirin 4-cü turunun oyunları keçiriləcək. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İspaniyanın “Silla” komandası ilə qarşılaşacaq. Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. “Silla” hazırda 6 xalla turnir cədvəlinin liderləri sırasında qərarlaşıb. Komandamızın aktivində isə 4 xal var.

Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə 4-cü turda Sloveniyanın “Maribor Poligram” yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 270 dəfə oxundu.