Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Komandamız “ASK Arena”da Danimarka millisi ilə qarşılaşacaq.

Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maria Krcova yerini yetirəcək.

Qeyd edək ki, millimiz ilk oyununda Rusiya yığmasına 0:2 hesabı ilə məğlub olub.

Xəbər 298 dəfə oxundu.