“Neftçi” – “Keşlə” oyunu iki futbolçu üçün yubileylə əlamətdar olub
Azərbaycan Premyer Liqasının dördüncü turunun “Neftçi” – “Keşlə” oyunu (3:0) iki futbolçu üçün yubileylə əlamətdar olub.

Meydan sahiblərində Voyislav Stankoviç, qonaqlarda İlkin Qırtımov yubiley matçına çıxıblar.

Görüş İ.Qırtımovun Premyer Liqada 250-ci qarşılaşması olub. Otuz bir yaşlı müdafiəçi bu oyunlarda 6 qol vurub. Debütü 2009/2010-cu il mövsümünə təsadüf edən İ.Qırtımov “Simurq”, “Neftçi”, “Zirə” və “Keşlə”nin heyətində meydana çıxıb.

“Neftçi”nin 34 yaşlı serbiyalı legioneri 150 matçda 6 qol vurub. 2014/2015-ci il mövsümündə debüt edən V.Stankoviç “Keşlə”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib.

Xəbər 290 dəfə oxundu.