Karate-do üzrə “Dəmir yumruq” ikinci açıq respublika turniri keçiriləcək
Sentyabrın 25-də Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” ikinci açıq respublika turniri start götürəcək.

Turnir Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Məktəb İdmanları Federasiyasının dəstəyi və BKA-nın təşkilatçılığı ilə baş tutacaq. V.Abdullazadə qeyd edib ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə əməl edilməklə təşkil ediləcək. O, BKA-nın respublikamızın bir çox bölgələrində Zəfər Gününə həsr edilən “Dəmir yumruq” adlı çempionat və turnirlər təşkil etdiyini, belə yarışların keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrin yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənclərimizin sağlam və vətənpərvər ruhda yetişdirmək olduğunu bildirib: “44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək. Turnirlərin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediləcəklər”.

Qeyd edək ki, turnir sentyabrın 26-da başa çatacaq.

Xəbər 313 dəfə oxundu.