“Səbail” Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb
Bakının “Səbail” klubu Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb. Bu, dördüncü turun “Qəbələ” ilə oyununa təsadüf edib. Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.

2017-ci ildən Premyer Liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb. Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.

Qeyd edək ki, 5:0 hesabı həm də cari mövsümün ən böyük hesablı nəticəsidir.

Xəbər 291 dəfə oxundu.