"Hou Yifan Challenge": Günay Məmmədzadə növbəti oyunlarını keçirəcək
Bu gün şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçiriləcək.

Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə 10-cu turda Leya Qarifullina (Rusiya), növbəti turda Balaji Dagupati (ABŞ), günün son iki qarşılaşmasında isə Vayşali Rameşbabu (Hindistan) və Yuner Zhu (Çin) ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən 9 turda əldə etdiyi 1,5 xalla 16-cı pillədə yer alır.

Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilkdə 17 şahmatçı mübariə aparır.

Xəbər 289 dəfə oxundu.