“Red Bull Neymar Jr’s Five” futbol turnirinin dünya finalında Azərbaycanı təmsil edəcək komanda müəyyənləşib
Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Neymar Jr’s Five” futbol turnirinin milli finalı keçirilib.

İki ay davam edən seçimlərdən sonra 16 komanda turnirin finalında iştirak etmək imkanı qazanıb.

Olimpiya sistemi üzrə təşkil edilən final güclü rəqabət ilə yadda qalıb. Dörd saat davam edən milli finalın həlledici görüşündə “Şirinlər” və “Pentatrik” komandaları üz-üzə gəliblər. Yekunda “Şirinlər” 4:0 hesabı ilə qalib gələrək “Red Bull Neymar Jr’s Five”ın Azərbaycan üzrə qalibi olub.

Qeyd edək ki, bu, “Şirinlər” komandasının “Red Bull Neymar Jr’s Five” yarışında ikinci qələbəsidir. “Şirinlər” komandası dekabrda ulduz futbolçu Neymarın iştirakı ilə Qətərdə keçiriləcək dünya finalında Azərbaycanı təmsil edəcək.

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal turnirdir. İldən ilə ölkələrin sayı artır və turnirin coğrafiyası genişlənir. Bu il yarış daha böyük olacaq. Altı qitədən 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunur. Yarışda öz ölkələrində milli finalın qalibi olan komandalar əsas dünya finalında iştirak hüququ qazanırlar.

Xəbər 376 dəfə oxundu.