Xüsusi olimpiyaçı qızlar arasında futbol yarışı keçiriləcək
Sentyabrın 20-də Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında xüsusi olimpiyaçı qızlar arasında futbol yarışı keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq yarış “Yunis Kennedi-Şrayver Günü”nə həsr olunacaq.

Yarış xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərinin məzunları, eyni zamanda ailələrdən olan idmançıların iştirakı ilə “UNIFIED Sports” proqramına uyğun keçiriləcək.

Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 304 dəfə oxundu.