Tamblinqçimiz Tofiq Əliyev Ukraynada gümüş medal qazanıb
Tamblinqçilərimiz Ukraynanın Odessa şəhərində keçirilmiş ölkə kuboku yarışlarında çıxış ediblər.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Elnur Məmmədov və Aleksey Karataşov mübarizə aparıblar.

Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Tofiq Əliyev göstərərək yarışda ikinci olub.

Xəbər 334 dəfə oxundu.