“Vüqar Həşimov” komandası Avropa kuboku yarışında liderlər qrupunda mübarizəni davam etdirir
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Bu gün turnirin üçüncü turunun oyunları keçiriləcək. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Braziliyanın “Beer Sheva” komandası qarşılaşacaq.

Qeyd edək ki, şahmatçılarımız ötən turlarda Moldova və İrlandiya komandalarını məğlub ediblər. Hazırda “Vüqar Həşimov” komandası 4 xalla liderlər qrupunda mübarizə aparır.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edirlər.

Növbəti turda “Alkaloid” “Silla” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 296 dəfə oxundu.