Azərbaycanın U-17 komandası belaruslu həmyaşıdları ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 20-dən 28-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-17 sentyabrın 24-də və 27-də belaruslu həmyaşıdları ilə qarşılaşacaq.

Xəbər 389 dəfə oxundu.