Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək | |
Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək. Çempionluq uğrunda görüşdə Sloveniya və İtaliya yığmaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Polşa və Serbiya yığmaları üz-üzə gələcəklər. Hər iki oyun Polşada təşkil olunacaq. Avropa çempionatına Polşa Finlandiya, Çexiya və Estoniya ilə birgə ev sahibliyi edir. İtaliya millisi 8 ildən sonra ilk dəfədir Avropa çempionatının finalına vəsiqə qazanıb. Sloveniya yığması isə son qitə birinciliyində - 2019-cu ildə Serbiyaya məğlub olaraq gümüş medala sahib olub. |
|
Xəbər 323 dəfə oxundu. |
|
|