Şahmatçımız Günay Məmmədzadə “Hou Yifan Challenge” turnirində növbəti 4 turda mübarizə aparacaq
Dünyanın ən istedadlı gənc şahmatçılarının iştirakı ilə “Hou Yifan Challenge” adlı turnir start götürüb.

Yudit Polqar və Vladimir Kramnikin komandalarında ümumilikdə 17 şahmatçı mübarizə aparır. Turnirdə Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə Yudit Polqarın komandasında yer alıb. Şahmatçımız dünən keçirdiyi 4 oyunun yalnız birində qələbə qazanıb. Bu nəticə ilə o, 15-ci yerdə qərarlaşıb.

Bu gün şahmatçılar 4 oyunda iştirak edəcəklər.

Xəbər 296 dəfə oxundu.