“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu son olaraq “Alüminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Yeni transfer komanda da “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.

Xəbər 313 dəfə oxundu.