UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun rəmzi komandası məlum olub
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin rəmzi komandası məlum olub.

Rəmzi heyətdə qapıçı - Mayk Menyan (“Milan”, İtaliya), müdafiəçilər - Joao Kanselo (“Mançester Siti”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), Kristiano (“Şerif”, Moldova), Aleks Sandro (“Yuventus”, İtaliya), yarımmüdafiəçilər - Cud Bellingem (“Borussiya”, Dortmund, Almaniya), Cordan Henderson (“Liverpul”, İngiltərə), Kristofer Nkunku (“Leyptsiq”, Almaniya), hücumçular - Sebastyan Haller, Antonio (hər ikisi “Ayaks”, Niderland) və Robert Levandovski (“Bayern”, Almaniya) yer alıblar.

Xəbər 328 dəfə oxundu.