Aerobika gimnastımız Vladimir Dolmatov Avropa çempionatında doqquzuncu olub
İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.

Çempionatın ilk günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

Kişilərin fərdi yarışında ölkəmizi təmsil edən Vladimir Dolmatov təsnifat mərhələsində 22,500 bal toplayaraq doqquzuncu olub. Qadınların mübarizəsində isə Nurcan Cabbarlı 17,100 balla 32-ci sırada qərarlaşıb. Hər iki idmançımız finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək qitə çempionatına 22 ölkədən 325 gimnast qatılıb.

Xəbər 318 dəfə oxundu.