“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarının birinci turunda İrlandiya komandası ilə qarşılaşacaq
Sentyabrın 18-də Makedoniyanın Struqa şəhərində qadın və kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək.

Kişilərin yarışında Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu birinci turda İrlandiyanın “Gonzaga” komandası ilə mübarizə aparacaq. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparacaq.

Xəbər 298 dəfə oxundu.