MMA döyüşçümüz Nəriman Abbasov növbəti qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

İdmançımız tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində “AMC Fight Nights” çempionu olan 27 yaşlı təmsilçimiz titul döyüşündə rusiyalı Şamil Zavurovla qarşılaşıb.

Moskvada təşkil olunan döyüşün taleyini ilk raundda həll edən N.Abbasov texniki nokautla qalib gəlib. İdmançımız bununla da “AMC Fight Nights”ın çempionu titulunu qoruyub .

Bu, Abbasovun karyerasında 30-cu döyüş olub. Yalnız üç dəfə uduzan idmançımız 27-ci qələbəsini qazanıb.

Xəbər 328 dəfə oxundu.