Şahmat üzrə dünya çempionu Nona Qaprindaşvili “Netflix” şirkətini məhkəməyə verib
Əfsanəvi gürcü şahmatçı Nona Qaprindaşvili ABŞ-ın yayım şirkəti olan “Netflix”i məhkəməyə verib və 5 milyon dollar təzminat tələb edib.

Bu barədə “The New Times” nəşri məlumat yayıb.

İddiaya görə, “Netflix”in çəkdiyi “Kraliçanın gedişi” (“The Queen’s Gambit”) filmində Nona Qaprindaşvilinin karyerasındakı uğurlar barədə məlumatlarda yanlışlığa yol verilib. Belə ki, epizodların birində N.Qaprindaşvilinin heç vaxt kişi şahmatçı ilə yarışmadığı qeyd olunub.

Nona Qaprindaşvilinin iddianaməsində bildirilib ki, bu, yalandır, o, yarışlarda 50-dən çox kişi şahmatçı ilə mübarizə aparıb. Bununla yanaşı, “Netflix” onu rusiyalı şahmatçı kimi təqdim edib.

Xatırladaq ki, beşqat dünya çempionu Nona Qaprindaşvili 1962-ci ildən 1978-ci ilədək bu titulu özündə saxlayıb. O, 1982-ci ildə “Şahmat Oskarı” mükafatının ilk sahibi olub.

Xəbər 441 dəfə oxundu.