Oğlanlar arasında “Ümumdünya Sülh Günü”nə həsr olunmuş futbol yarışı start götürüb
Sentyabrın 17-də Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Ümumdünya Sülh Günü”nə həsr olunmuş futbol yarışı start götürüb.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında “UNIFIED Sports” proqramına uyğun təşkil olunub. Yarışda 170-ə yaxın atlet iştirak edir.

Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 328 dəfə oxundu.