Çexiya yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq Çexiya komandasının heyəti açıqlanıb. Belə ki, kişilərin yarışında David Pulkrabek (60 kq), David Klammert və Jiri Petr (hər ikisi 90 kq) komandada yer alıblar. Qadınlar arasında isə Vera Zemanova (57 kq), Renata Zaxova (63 kq) və Marketa Paulusova (+78 kq) mübarizə aparacaqlar.
Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.

Xəbər 443 dəfə oxundu.