Şahmatçılarımız Avropa kuboku yarışlarında iştirak etmək üçün Makedoniyaya yola düşüblər
Bu gün şahmatçılarımız Avropa kuboku yarışlarında iştirak etmək üçün Makedoniyaya yola düşüblər.

Ölkəmizi bu nüfuzlu yarışda təmsil edəcək “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyevdir.

Qeyd edək ki, turnir sentyabrın 18-də start götürəcək. Yarışda Azərbaycanın daha iki şahmatçısı mübarizə aparacaq. Belə ki, Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasında yer alıb.

Xəbər 316 dəfə oxundu.