“Qarabağ” klubu UEFA-nın reytinq siyahısında mövqeyini qoruyub
Avrokubokların qrup mərhələsində birinci turun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Qitənin 100 ən yaxşı klubu arasında “Qarabağ” komandası da yer alıb. Ağdam təmsilçisi 18,500 xalla 71-ci pillədəki mövqeyini qoruyub.

Siyahıya 118 xalla Almaniyanın “Bavariya” klubu başçılıq edir. İngiltərənin “Mançester Siti” klubu (113 xal) ikinci, “Liverpul” (107 xal) isə üçüncü sırada qərarlaşıb.

Xəbər 330 dəfə oxundu.