Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Komandamız Moskvada “Sport Qorodok” stadionunda Bakı vaxtı ilə saat 20:00-da Rusiya millisi ilə qarşılaşacaq.

Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viola Raudziņa olacaq. Ona Liga Didrike və Diana Vanaga köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Yelena Yermolayeva yerinə yetirəcək.

Xəbər 312 dəfə oxundu.