Şahmat üzrə “Champions Chess Tour”un final mərhələsi keçiriləcək
Sentyabrın 25-də “Champions Chess Tour”un final mərhələsi start götürəcək.

Yarışda Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcəklər.

Şahmatçılarımızla yanaşı, turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Aniş Giri (Hollandiya), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Yan Nepomnyaşi, Vladislav Artemiyev (hər ikisi Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) turnirdə mübarizə aparacaqlar.

Turnir oktyabrın 4-dək davam edəcək.

Xəbər 387 dəfə oxundu.