Yasamalda yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib
Sentyabrın 16-da Bakıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, veteran futbolçu Vəli Qasımov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda iştirak edən uşaqlar və qonaqların iştirakı ilə simvolik olaraq futbol oyunu keçirilib.

Xəbər 536 dəfə oxundu.