Azərbaycan – Danimarka oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Sentyabrın 21-də “ASK Arena”da keçiriləcək Azərbaycan – Danimarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək.

Xəbər 317 dəfə oxundu.