Karate üzrə Bakı birinciliyi və çempionatı keçiriləcək
Sentyabrın 25-26-da Vətən müharibəsində qələbəyə həsr ediləcək karate üzrə Bakı birinciliyi və çempionatı keçiriləcək.

"ASK Arena" stadionunun mini futbol meydançasında açıq havada kata və kumite üzrə keçiriləcək fərdi yarışlarda 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər iştirak edəcəklər.

Qalib və mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və Azərbaycan Karate Təşkilatı tərəfindən müvafiq diplom, medal və kuboklar təqdim ediləcək.

Xəbər 304 dəfə oxundu.