İsveçrənin “Bazel” klubu Bakıya yola düşüb | |
İsveçrənin “Bazel” klubu “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunun oyunu üçün Bakıya yola düşüb. Komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq. Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək. Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq. |
|
Xəbər 339 dəfə oxundu. |
|
|