“Qəbələ” heyətinə iki yeni futbolçu cəlb edib
“Qəbələ” klubu heyətinə iki yeni futbolçu cəlb edib.

Klub nigeriyalı yarımmüdafiəçilər - 18 yaşlı Çiçin Akande və 20 yaşlı Munaçi Okvaranı heyətinə qatıb.

Hər iki futbolçu “Qəbələ”nin əvəzedici heyətində Birinci divizionun ilk turunda Gəncədə “Kəpəz”ə qarşı matçda (0:0) çıxış edib.

Okvara 46-cı, Akande isə 67-ci dəqiqədə meydana daxil olub.

Xəbər 339 dəfə oxundu.