Futzal üzrə İkinci Liqanın yeni mövsümünün başlanma tarixi müəyyənləşib
Futzal üzrə İkinci Liqada 2021-2022-ci il mövsümünün başlanma tarixi müəyyənləşib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yarış oktyabrın 10-da başlanacaq.

Liqada 14 komanda - “Tim Sport”, “Baker Tilly”, “Advokat”, “Atletiko Baku”, “Borçalı”, “Rəvan”, “Dalğa”, “Zülfüqar”, “Bibi-Heybət”, “Baku Fire-3”, “Star Karqo-2”, “Azərsu”, “Xan Lənkəran” və İSMA birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 327 dəfə oxundu.