Oğlanlar arasında “Avropa futbol həftəsi” turniri keçiriləcək
Bu gün Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Avropa futbol həftəsi” turniri keçiriləcək.

Turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında “UNIFIED Sports” proqramına uyğun keçiriləcək. Yarışda 170-ə yaxın atlet iştirak edəcək.

Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 307 dəfə oxundu.