Sentyabrın 19-da "Red Bull Neymar Jr’s Five" turnirinin milli finalı keçiriləcək
Sentyabrın 19-da "Red Bull Neymar Jr’s Five" futbol turnirinin milli finalı keçiriləcək. Çempionluq uğrunda milli final Heydər Əliyev Mərkəzinin parkında olacaq.

Son olaraq Gəncədə “Red Bull Neymar Jr’s Five” turnirinin seçim mərhələsi keçirilib. Seçimlərdə 100-ə yaxın komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən, milli finala iki komanda vəsiqə qazanıb. Bunlar “5Plus” və “Viva” komandalarıdır.

Sentyabrın 15-də Bakı seçimlərində iştirak edən 20 komanda arasında sportster meydançasında püşkatma ilə daha 2 finalçı müəyyənləşəcək. Püşkatma @redbullaz Instagram səhifəsində canlı yayımlanacaq.

Beləliklə, "Red Bull Neymar Jr’s Five" milli finalında iştirak edəcək bütün komandalar məlum olacaq. Bazar günü sentyabrın 19-da Milli Finalın yeni qalibi müəyyənləşəcək. Qalib komanda dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaqlar.

Xəbər 339 dəfə oxundu.