Yaxın günlərdə dünya çempionatının hər iki ildən bir keçirilməsi ilə bağlı müzakirələr aparılacaq
Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) və FIFA dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifini müzakirə edəcəklər.

Hər iki qurumun nümayəndələri yaxın günlərdə bununla bağlı görüş keçirəcəklər. FIFPro daha əvvəl həm kişi, həm də qadın futbolunda beynəlxalq təqvimi hərtərəfli öyrənmədən belə bir dəyişikliyin qəbul edilə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi, hazırda isə FIFA-da futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib.

Xəbər 401 dəfə oxundu.