Vinfred Şafer karyerasını Rusiyada davam etdirə bilər
“Bakı”nın sabiq baş məşqçisi, uğursuz nəticələrə görə postundan qovulan Vinfred Şafer karyerasını Rusiyada davam etdirə bilər. Almaniyalı mütəxəssis hazırda Tailand yığmasına başçılıq etməsi ilə kifayətlənmək fikrində deyil. Şafer Rusiya Premyer Liqasında çalışmağa can atır.

Bunu tanınmış rusiyalı futbolçu, vaxtilə almaniyalının rəhbərliyi altında “Karlsrue”də oynamış Sergey Kiryakov deyib. O, bildirib ki. sabiq çalışdırıcısı Moskva “Dinamo”sunda işləməyin əleyhinə deyil: “Şafer mənə zəng vurub “Dinamo”dakı vəziyyətlə maraqlandı. O, vaxtilə yığmamızla da maraqlanırdı. Bu o deməkdir ki. Şafer Rusiyada çalışmağın əleyhinə deyil”.

Qeyd edək ki, Kiryakovun uzun illər çıxış etdiyi “Dinbamo” Sergey Silkini istefaya göndərəndən sonra baş məşqçisiz qalıb.

Xəbər 824 dəfə oxundu.