Azərbaycan karateçiləri “XI International Basel Open Masters” turnirində 13 medal qazanıblar
Azərbaycan karateçiləri İsveçrədə təşkil olunan “XI International Basel Open Masters” turnirində iştirak ediblər.

Komandamız yarışda 3 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 11 medala sahib olub.

Müxtəlif kateqoriyalar üzrə medalları komandamızın aktivinə təmsilçilərimiz Turqut Həsənov (qızıl və gümüş medal), Pənah Abdullayev (qızıl və bürünc), Asiman Qurbanlı (gümüş və bürünc), Tural Ağalarzadə (qızıl), Rafiz Həsənov (gümüş), Məhəmməd İsmayılov, Firdovsi Fərzəliyev, Ülvi Qurbanlı və Samir Məmmədov (bürünc) əlavə ediblər.

Xəbər 447 dəfə oxundu.