Nağı Səfərov Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib.

O, yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.

İstanbulda baş tutan ATB-in növbəti Baş Assambleyasında qurumun prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən seçilib. Qeyd edək ki, İdarə Heyətinin üzvü 14 nəfərdən ibarət olur.

Assambleyanın yekununa əsasən, növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.

Xəbər 815 dəfə oxundu.